Avto
26.09.2024 / 19:12
"Chevrolet"in ucuz Çin krossoveri qəza testlərindən keçmədi
56335
"Chevrolet Groove" Latın Amerikasının "Latın NCAP" avtomobil təhlükəsizliyi reytinq proqramının qəza sınaqlarında beş ulduzdan sıfır alıb.
Valyuta.az xəbər verir ki, Bu barədə Motor1.com yazıb.
"Groove" Latın Amerikası və Yaxın Şərq bazarlarında "Chevrolet" brendi altında satılan ucuz Çin krossoveri "Baojun 510"dur. Avtomobilin qiyməti 12 min dollardır.
Avtomobil zəif quruluşa və sürücü, sərnişinlər və piyadalar üçün aşağı qorunma səviyyəsinə görə qəza testlərində aşağı qiymət alıb.
"Latın NCAP" avtomobil istehsalçısına modelin ciddi çatışmazlıqlarını aradan qaldırmağı tövsiyə edib, çünki bu avtomobil bazarda yaxşı satılır, lakin buna baxmayaraq, sahibləri üçün təhlükəsiz deyil.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay