Bu maşınlar kəskin bahalaşdı - Satmaq üçün əla fürsətdir
Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac qiyməti 2024-cü ilin səkkiz ayında orta hesabla 28 min 723 dollar (48 min 829 manat) olub ki, bu da son bir ildə 5 min 656 dollar (9 min 616 manat) və ya 24,5% bahalaşma deməkdir.
2023-cü ilin yanvar-avqust aylarında isə 1 ədəd hibrid avtomobilinin orta ixrac qiyməti 23 min 67 dollar (39 min 214 manat) olub. Bəs görəsən, bu seqment nəqliyyat vasitələrinin bahalaşmasının səbəbi nədir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, səbəb hibrid avtomobillərə olan tələbin artmasıdır: vakansiya
“Əslində, hibrid maşınların idxalı zamanı istər gömrük, istərsə də aksiz vergilərlə bağlı müəyyən məbləğdə güzəştlər tətbiq olunur. Bu hələki sabit olaraq qalır. Hələ gömrük və idxal-ixrac rüsumlarında, o cümlədən, aksiz vergilərində hər hansı bir dəyişiklik baş verməyib. Artımın səbəbi ola bilsin ki, daha bahalı hibrid nəqliyyat vasitələrinə son illər tələbatın daha da çoxalmasıdır”.
Ekspert hibrid mühərrikli ciplərin benzin və dizel olanları üstələdiyini diqqətə çatdırıb:
“Fikir versək, şəhərdə hibrid ciplərin ciddi say artışı müşahidə olunmaqdadır. Əvvəllər daha çox benzin və dizel mühərrikli hündür nəqliyyat vasitələrin üstünlük verilirdisə, indi daha çox Çin və Koreya markalarının hibrid maşınları tərcih olunur. Bu da bazarda baha qiymətə satılan avtomobillərin xüsusi çəkisinin artmasına gətirib çıxarır. Belə olduğu zaman, nəticə etibarı ilə illik artımın göstəricisi kimi götürülür. Yəni bu artımın səbəbi, hibrid mühərrikli və daha bahalı olan avtomobillərin idxalının artması ilə bağlıdır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay