Neftçalada istehsalı düşür, Hacıqabulda “sıçrayır”
Hacıqabuldakı minik avtomobillərinin sayı Neftçalanı xeyli üstələyib və istehsal sayında xeyli fərq yaranıb.
Hacıqabul Sənaye Parkındakı avtomobil zavodu 2023-cü ildə ümumilikdə 3139 minik avtomobili istehsal edilməklə, ölkədəki ümumi istehsal həcmindəki payı 81 faizi ötüb.
Keçən Hacıqabuldakı avtomobil zavodu 1339 ədəd avtomobil istehsal etmişdi.
“Khazar” avtomobillərinin ilkin istehsal yeri Neftçala Avtomobil Zavodunda isə istehsalla bağlı geri sayım başlayıb. 2021-cü ilə qədər 2000 üzərində illik istehsal təhvil verən zavod 2022-ci il cəmi 682 və 2023-cü ildə 563 ədəd minik avtomobili istehsal edilib.
Hər iki zavodda istehsalı aparan “Azərmaş”dır.
Hacıqabuldakı zavod açılmamışdan öncə bildirilib ki, burada illik istehsal gücü 25 min ədəd olacaq, hansı ki, hazırda bu nəticəni əldə etmək üçün 2025-ci ilə qədər hazırkı istehsalı 7.6 dəfə artırmaq tələb edir. Bu zavod Özbəkistan şirkəti ilə anlaşılıb. ABŞ, Çin və Koreya standartları ilə burada avtomobil yığılması nəzərdə tutulub.
Neftçala Avtomobil Zavodunda əsasən İranın “Khodro” zavodu ilə birlikdə “Khazar” və “Azsamand” kimi lokal brendlərdə avtomobil buraxılırdı.
Hacıqabul Avtomobil Zavodu keçən il 112 sərnişin avtobusu və 416 ədəd yük avtomobili təhvil verib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
© Banker.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay