“Hyundai” Rusiyada ticarət nişanlarını yenidən qeydiyyatdan keçirdi
Cənubi Koreyanın avtomobil istehsalçısı “Hyundai” Rusiyada ticarət nişanlarının qeydiyyatı üçün Rospatent-ə ən azı 17 ərizə təqdim edib.
Valyuta.az xəbər verir ki, bu barədə RİA Novosti Rospatent məlumat bazasına istinadən yazıb.
Şirkət 2022-ci ilin fevralında hərbi əməliyyatlar başlayandan sonra Rusiyada avtomobillərinin istehsalını və satışını dayandırıb.
Müraciətlər avqust ayında təqdim edilib və avtonəqliyyat vasitələri, avtomobil hissələri və aksesuarlarına aiddir. Agentlik aydınlaşdırıb ki, söhbət “Hyundai”ln özünün və onun “Genesis” alt brendinin ticarət nişanlarından gedir.
“Onlayn Patent” şirkətinin patent müvəkkili Marqarita Tarasova “Hyundai”ın sözügedən məhsulları bazara çıxarıb-çıxarmayacağına dair qeyri-müəyyənliyə işarə edərək agentliyə bildirib ki, əmtəə nişanları üçün ərizələrin verilməsi adların həm üçüncü şəxslər tərəfindən mümkün surətinin çıxarılmasından, həm də qeyri-rəsmi dilerlər tərəfindən avtomobillərin satışından qorunması strategiyasıdır.
Rusiya Federasiyasının qanunlarına görə, üç il ərzində istifadə edilməyən ticarət nişanı ləğv edilə bilər.
2023-cü ilin sonunda “Hyundai” Rusiya Federasiyasındakı aktivlərini Art-Finance-ə satıb.
İyul ayında Solaris HS avtomobillərinin (keçmiş Hyundai Solaris) Sankt-Peterburqdakı zavoddan orijinal “Solaris” brend loqosu ilə göndərilməyə başlanıldığı bildirilib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay