"Bəzi Çin avtomobillərini almaq üçün ölkədə növbə yaranıb"
Son dövrlərdə ölkəmizə Çin maşınlarının idxalı artıb. Bu maşınlar eyni xüsusiyyətləri olan Avropa maşınlarından nisbətən ucuz olması ilə fərqlənir.
Maraqlıdır, Çin maşınları keyfiyyət baxımından özünü göstərə biləcəkmi? Bu maşınlar Azərbaycan bazarında üstünlüyü ələ biləcəkmi?
Valyuta.az xəbər verir ki, Ekspert Elməddin Muradlı Modern.az-a bildirib ki, Çin maşınları Azərbaycan bazarında kifayət qədər paya malikdir:
"Bir çox özünü doğrultmuş Çin avtomobil modelləri var. Artıq onların ikinci əl maşınları da formalaşır və ehtiyat hissələri əlçatandır. Dözümlülüyünə görə də yaxşı maşın sayıla bilər. Mövcud qiymətləri nəzərə alsaq, onlar şərtlər daxilində uyğundur. Çin maşınlarının bəzi brendləri var ki, vətəndaşlar çox narazılıq edirlər. Bəzi brendlərin Azərbaycanda alıcılıq səviyyəsi aşağıdır, ölkədə yer tapa bilməyib bazarı tərk edən brendlər də var. Çin bu gün bir çox sahələrdə olduğu kimi, avtomobil bazarına da təsir göstərib, liderliyi əldə edib. Beləliklə, onların bazarda payı kifayət qədər üstündür. Ümumi deyə bilərəm ki, bəzi brendlər var ki, onları almaq üçün hətta növbə yaranıb. Həmin model bazarda özünə elə yer tapıb ki, çox böyük maraq yaranıb. Çin Avropanın bir çox modellərinin oxşarını elə formada hazırlayıb ki, orjinalından daha yaxşıdır. Qiymətlərə baxanda orjinalından baha çıxır. O qədər komfortlu, təhlükəsiz maşın istehsal edib ki, belə vəziyyət ortaya çıxıb. Çin bazarda əməlli-başlı performans göstərir".
Elməddin Muradlı vurğulayıb ki, Çin istehsalı olan avtomobillərin keyfiyyət baxımından nəyə qadir olduğunu zamanla öyrənəcəyik:
"Telefon sektorunda da Çin ilk dəfə bazara girəndə çoxları bunu qəbul etmirdi. "Çin telefonudur, dözməyəcək" deyilirdi. Zaman gəldi, insanlar yeni telefon əldə etmək üçün Çin malları almağa başladılar. Zamanla da gördük ki, Çin telefonları problemli deyil. Normal şərtlər daxilində işlətmək olur. O qiymətə bundan artığını gözləmək də düzgün deyil. Avtomobil sektorunda da belədir, mövcud qiymətə bundan artığını gözləmək absurd yanaşma olar".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay