VAZ büdcə avtomobilləri ilə yanaşı, bahalı maşınların istehsalına başlayır
Rusiya avtomobil istehsalçısı VAZ büdcə avtomobilləri ilə paralel olaraq yeni subbrendlə daha bahalı maşınların istehsalını qurmağı planlaşdırır.
Məlumata görə, yeni subbrendin ilk modeli kimi artırılmış təkər bazası olan "Aura" sedanı nəzərdə tutulur. "Aura" adı hələlik bütün yeni subbrend üçün əsas variant kimi nəzərdən keçirilir.
Bildirilib ki, zavod yeni biznes istiqaməti hesabına daha bahalı modellərin istehsalına çox ciddi yanaşır. "Aura"nın istehsalına 2024-cü ilin sentyabr ayında başlanılması planlaşdırılır.
Həmçinin məlum olub ki, "Aura" taksi fəaliyyəti üçün sadələşdirilmiş versiya ilə təchiz olunacaq. Bundan əvvəl VAZ-ın texnoloji proseslərin işlənməsi üçün "Iskra" modelinin sınaq yığımına başladığı bildirilib.
Qeyd edək ki, Rusiya avtomobil bazarında son illərdə ciddi dəyişikliklər baş verib. Bir çox xarici brendlər ölkəni tərk etdikdən sonra yerli istehsalçılar, o cümlədən VAZ öz mövqelərini gücləndirməyə çalışır. Yeni "Aura" modeli ilə şirkət orta və yuxarı seqmentdə rəqabətə girməyi hədəfləyir.
© Oxu.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay