Avto
23.08.2024 / 09:53
"Tesla" ABŞ-də 9000-dən çox avtomobili geri çağıracaq
54226
Elektrikli avtomobil istehsalçısı "Tesla" şirkəti qəza riskini artıra bilən dam örtüklərinin düzgün quraşdırılmaması səbəbindən 9000-dən çox "Model X" yolsuzluq avtomobilini ABŞ bazarından geri çağırmaq niyyətindədir.
Bu avtomobillərin ön və orta dam panelləri düzgün bərkidilməyib, bu da onların avtomobilin kuzovundan ayrılmasına və qəzaya səbəb ola bilər. "Tesla" avtomobil sahiblərinə heç bir ödəniş etmədən dam örtüyünü yoxlayacaq və problemi həll edəcək.
2024-cü ilin birinci yarısında "Tesla" təhlükəsizlik problemlərinə görə artıq ABŞ-də 2.6 milyona yaxın avtomobili geri çağırıb.
© Oxu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay