"Infiniti" yeganə sedanın istehsalını dayandıracaq
Avtomobil istehsalçısı "Infiniti" 2025-ci ildə Q50-nin istehsalını dayandıracaq.
Valyuta.az xəbər verir ki, bu barədə motor1.com məlumat yayıb.
Q50 markanın model xəttində yeganə sedandır. İlk nəsil "Infiniti Q50" 2013-cü ildə təqdim edilib. Avtomobil G37 sedanını əvəz edib. Bununla belə, model heç vaxt populyarlaşmayıb, buna görə də brendin rəhbərliyi istehsalı azaltmaq və krossoverlərin istehsalına diqqət yetirmək qərarına gəlib.
Bundan əvvəl "Autocar" xəbər vermişdi ki, "Fiat" avtomobil istehsalçısı benzin mühərrikli "Fiat 500 Hybrid" modelinin istehsalı dayandırıldığı üçün sifarişləri qəbul etməyi dayandırıb.
"Fiat" Böyük Britaniya nümayəndəsi təsdiqləyib ki, "Fiat 500 Hybrid" üçün sifarişlər dayanıb, lakin dilerlərdə avtomobili Yeni ildən əvvəl satmaq üçün kifayət qədər ehtiyat var. Oxşar vəziyyət onun "Abarth 595" və "Abarth 695" idman versiyalarında da müşahidə olunur. Avtomobil 17 il istehsal olunub, 2007-ci ildə təqdim edilib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay