Şirkətlər avtomobillərini niyə geri çağırır?
Bəzən hansısa avtomobil şirkəti minlərlə avtomobilini geri çağırmalı olur.
Bəs bu kimi hallar əsasən hansı səbəblərdən qaynaqlanır? Avtomobil şirkətlərinin Azərbaycandakı nümayəndəlikləri də satdıqları maşınları geri çağırıblarmı?
Nəqliyyat eksperti Eldəniz Cəfərov Redaktor.az-a açıqlamasında buna səbəb ola bilən məsələləri qeyd etdi:
"Avtomobilin istismarı zamanı hər hansısa bir nasazlıq meydana çıxdığı təqdirdə və bu, kütləvi hal aldıqda avtomobil şirkəti müəyyən qüsurları olan avtomobilləri rəsmi diler mərkəzlərinə dəvət edir ki, həmin defektli məsələlər aradan qaldırılsın. Belə olan halda elan verilir və hansı ölkə üçün istehsal olunubsa, həmin nəqliyyat vasitələrinin sürücülərindən xahiş olunur ki, diler mərkəzlərinə yaxınlaşsınlar və orada həmin nasazlıqlar istehsalçının hesabına aradan qaldırılsın. Bu zaman avtomobilin sahibi hər hansı bir ödəniş etmir".
Ekspertin sözlərinə görə, Azərbaycanda da bu hadisə bir neçə dəfə olub:
"Belə ki, Avropa seqmentinə aid olan nəqliyyat vasitələrində nasazlıq yaranıb, şirkətlər bunu elan ediblər. Bu zaman həmin avtomobil sahibləri şirkətin ölkəmizdə olan dilerlərinə müraciət ediblər".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay