BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
54142

Bu avtomobilləri almaq həm də lotereyadır, bəziləri dayanıqlı, “uzunömürlü”dür, bəziləri isə...

Çin maşın bazarında sözün əsl mənasında inqilab edir. Hibrid, elektromobillərin əksəri bu ölkənin istehsalıdır. Maraqlısı odur ki, məşhur brendlər özləri müasir texnologiyaları zavodlarına gətirməkdənsə, Çinlə birgə maşın istehsalına üstünlük verirlər. Məsələn, "Toyota", "Volkswagen" kimi məşhur avtobrendlərin hibrid modellərini Çin şirkətləri yığır və satışa çıxarırlar. Diqqətçəkən məqam odur ki, məsələn, "Toyota Corolla Cross" modelinin hibrid-Plug-in Çin variantı 20 min dollara, orijinalı, hətta hibrid olmayanı isə 32-35 min dollara təklif olunur. Bu variantlar arasında fərq varmı? Ümumiyyətlə, Çin maşınlarının özünü doğruldacağı, bazara oturacağı gözləniləndirmi?

Ən əsası, detalları tapılacaqmı? Söhbət ondan gedir ki, Çin maşınlarının bir çoxu tez-tez konstruksiyasını dəyişir və sonrakı illərdə belə avtomobillərin sahibləri detal tapmaqda çətinlik çəkirlər. Bununla belə, Çin istehsallı avtomobillərə maraq azalmır, əksinə, hər ötən gün bazarda Çin avtomobillərinin payı artır. Çin avtomobillərini bunca cəlbedici edən nədir?

Əsas üstünlük, əlbəttə ki, qiymətdir. Avtomobil qiymətlərinin ümumi artımını nəzərə alsaq belə, Çin brendləri xüsusilə Qərb brendləri ilə müqayisədə ən sərfəli variant olaraq qalır. Üst səviyyə konfiqurasiya üçün əlavə ödəniş də aşağıdır. Çin markalarına qulluq etmək və təmir etmək asandır. Sadəcə, Azərbaycanda bu markalarla işləməyə yönəlmiş diler və xidmət mərkəzləri azdır. Bu səbəbdən də təmir və ehtiyat hissələri tapmaqda problemlər yaşanır. Çin avtomobilləri Qərb avtomobillərindən daha ucuzdur.

Sahibləri “çinlilər”in xarici görünüşündən də razıdırlar. Asiya şirkətləri daha çox məşhur Qərb avtomobillərinin dizaynını kopyalamağı çoxdan öyrəniblər. Bu gün bazarda bəyənilən avtomobillərin “çinli” “surəti” az deyil. Aşağı qiymət cəlbedici görünüşlü, ən üst konfiqurasiyalı “çinli”yə sahib olma imkanları genişdir.

Четыре редактора высказываются о харизматичном кроссовере из Китая —  Тест-драйв — Motor

Məsələn, Haval Dargo krossoverində kruiz-kontrol, altı təhlükəsizlik yastığı, açarsız giriş, qızdırılan sükan və bir çox başqa üstünlüklər var. Üst versiyaya panoramik dam, simsiz enerji doldurma və s. əlavə olunur.

Çin avtomobillərinin mənfi cəhətlərdən də az deyil. Çin istehsallı avtomobilin səs və istilik izolyasiyası Qərbli  “qardaşları”na münasibətdə zəifdir. Korroziyaya qarşı müqaviməti də arzu olunan səviyyədə deyil. Avtomobil incə metal sayəsində korroziya tez bir zamanda uğrayır. Çin avtomobil modellərinin əksəriyyətində tam ötürücülü modellər praktiki olaraq yoxdur.

Çin avtomobili almaq həmişə lotereyadır, bəziləri dayanıqlı, “uzunömürlü”dür, bəziləri isə sizi tez bir zamanda məyus edə bilər. Bununla belə, Çin istehsallı avtomobilləri almağa dəyər.

Birincisi, bu, qiymət-keyfiyyət nisbəti baxımından hələ də ən yaxşı seçimdir. İkincisi, müsbət cəhətlər mənfi cəhətlərdən çoxdur.

Avtomobil satışı ilə məşğul olan iş adamı Natiq Məmmədov deyir ki, rəsmi qaydada ölkədə idxal edilən avtomobillər adətən Azərbaycanın texniki tələblərinə uyğun olaraq sertifikatlaşdırılır. Belə avtomobillərin təhlükəsizlik standartlarına, ekoloji normalara və digər yerli tələblərə cavab verdiyini göstərir. Fərdi qaydada idxalda isə sertifikatlaşdırmaya əməl edilməyə bilər, bu da müəyyən hallarda avtomobilin dövlət qeydiyyatına alınmasında və yaxud istifadə olunmasında çətinliklər yarada bilər. Yəni Çindən fərdi şəkildə gətirilən avtomobillər, bəzən yerli bazar üçün nəzərdə tutulmayan spesifikasiyalarda ola bilər. Bu, avtomobilin texniki göstəricilərindən tutmuş, interyer və eksteryer dizaynına qədər fərqli cəhətləri əhatə edə bilər. Rəsmi distribyutorlar isə adətən yerli bazarın tələblərinə uyğun modifikasiyalı avtomobilləri idxal edir. Natiq Məmmədov tövsiyə edir ki, avtomobili rəsmi dilerlərdən alınsa, daha uyğun olar.

“Çindən fərdi şəkildə avtomobil gətirmək qiymət baxımından sərfəlidir. Lakin bu cür avtomobillərin zəmanət, texniki xidmət, sertifikatlaşdırma və modifikasiya məsələlərində müəyyən risklər və çətinliklər yarana bilər. Rəsmi qaydada idxal edilən avtomobillər nisbətən yüksək qiymətə satılsa da, zəmanət, texniki xidmət və yerli bazar tələblərinə uyğunluq kimi üstünlüklərə malikdir. Bu seçimlər arasında qərar verərkən, avtomobil sahibləri uzunmüddətli perspektivdə rahatlıq və təhlükəsizlik amillərini də nəzərə almalıdırlar”, - deyə iş adamı bildirib.

© Yenimusavat.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin