Avto
21.08.2024 / 21:15
BMW avtomobillərində yanğına səbəb olan problem tapıldı
54115
BMW avtomobil markası ABŞ-da 720 mindən çox avtomobili əhatə edən yeni geri çağırma kampaniyası elan edib.
Valuta.az xəbər verir ki, bu barədə Motor1.com məlumat yayıb.
Problem ondadır ki, nasosdakı düzgün bağlanmamış elektrik konnektoru su ilə təmasda olarsa, qısaqapanmaya və yanğına səbəb ola bilər.
Geri çağırma kampaniyası 2012-2016-cı illərdə "BMW 3-Series" avtomobillərinə, 2013-2017-ci illərdə "BMW X3 sDrive28i" və "BMW X3 xDrive28i" krossoverlərinə və 2012-2016-cı illərdə "BMW 5-Series" sedanlarına şamil edilir.
Dilerlər su nasosunu və naqilləri pulsuz yoxlayacaq və lazım gəldikdə dəyişdirəcəklər.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay