"Haval" Rusiyada məşhur modellərin istehsalını dayandırdı
Çin avtomobil markası "Haval" Rusiyanın Tula bölgəsindəki zavodda birinci nəsil F7 və F7x modellərinin istehsalını dayandırıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Haweil Motor Rus" məlumat yayıb.
"F7x modelinin Rusiya bazarına çıxarılması və ölkədə istehsalı ilə bağlı qərar hələ verilməyib, biz bazarı və tələbi öyrənirik. Köhnə nəsil modellərə gəlincə, indi dilerlərdə olan avtomobillər tükənmək üzrədir", deyə brendin nümayəndələri qeyd ediblər.
Bu məqsədlə "Haval"ın avqustun 23-də Rusiyada ikinci nəsil F7 krossoverinin satışına başlayacağı bildirilir. Avtomobilin qiyməti 2,7 milyondan 3,5 milyon rubla qədərdir.
F7-nin uzunluğu 4780 mm, təkər bazası 2800 mm-dir. Avtomobil 1,5 litrlik turbomühərrik (150 at gücü) və ön ötürücü, həmçinin turbomühərrikli iki litrlik mühərrik (192 at gücü) ilə təklif olunacaq. Hər iki güc aqreqatı yeddi pilləli yaş ikili muftalı avtomatik transmissiya ilə birləşdirilir.
Əsas avadanlıqa altı təhlükəsizlik yastığı, 18 düymlük təkər diskləri, iki zonalı klimat-kontrol, arxa parkinq sensorları və hərtərəfli görünmə sistemi və oturacaqların parça bəzəkləri daxildir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay