BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
53615

Tarif Şurasının yanacaq qiymətləri ilə bağlı son qərarından sonra Ai-92 və dizelin əksinə, “Premium” markalı benzinin qiymətində ucuzlaşma oldu. Əvvəllər litri 2 manata təqdim olunan “Premium” yanacağı 20 faiz ucuzlaşaraq, 1.60 manat dəyərində təklif olundu. Sözügedən yanacaq növü daha çox son illər istehsal olunmuş və tam müasir standartlara cavab verən nəqliyyat vasitələri üçün istifadə edilir. Belə növ maşınların bazar dəyəri də olduqca yüksəkdir. 

Bəs görəsən, “Premium” yanacağın ucuzlaşması, onun istifadə edildiyi avtomobillərin qiymətinə də təsir göstərəcəkmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, sözügedən maşınların istismar davamlılığı üçün bu yanacaqdan istifadə mütləq şərtdir.

“Premium yanacaqla istifadə olunan maşınların alışı hər kəs üçün əlçatan deyil. Adətən, bu yanacaq növü daha yüksək qiymətlərə malik avtomobillər üçün nəzərdə tutulub. Bu yanacaq növünün digər yanacaqların qiyməti ilə müqayisədə qiymətinin baha olması ilə yanaşı, onun keyfiyyəti də fərqlidir. Yəni bəzi avtomobillər var ki, onların istifadəsi zamanı yanacağın “Premium” olması mütləq şərtdir. Həmin maşınlara başqa növ yanacaq tökdükdə mühərrik sıradan çıxır və digər problemlər yaranır. Bu istiqamətdə bir sıra islahat və dəyişiklik etmək olar”. 

Ekspertin fikrincə, “Premium” yanacağının ucuzlaşması nəqliyyat vasitələrinin qiymətinə elə də ciddi təsir etməyəcək: 

“Məsələn, ölkəyə gətirilən elektromobillər və hibrid avtomobillərin hansı yanacaqla işləməsi, onların yanma mühərriklərinə nə dərəcədə təsir edəcəyi, beynəlxalq standartlara əsasən qəbul olunmuş yanacaq sistemləri ilə ölçülür. Misal üçün, hər hansı bir hibrid avtomobil Çin istehsalıdırsa, onun Azərbaycandakı istifadəsi mütləq şəkildə onun baza prinsiplərinə uyğun olaraq, yanacaq qatqılarından ibarət olmalıdır. “Premium” markalı yanacağın özünün də müəyyən qatqıları olur. Ümumiyyətlə, bu yanacaq növü həmişə bahalı olub və ondan istifadə olunan maşınlar da eyni dərəcədə yüksək qiymətə təklif olunub. Düşünmürəm ki, nisbi ucuzlaşma avtomobillərin qiymətinə təsir etsin”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Transkontrol"a protokol yazıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin