"Alfa Romeo", "Dodge" və "Chrysler" avtomobil istehsalını dayandıra bilər
14 avtomobil markasını özündə birləşdirən "Stellantis" onlardan üçündən xilas ola bilər.
Valyuta.az bu barədə Motor1.com-a istinadən xəbər verir.
Hazırda şirkət "Citroen", "Fiat", "Opel", "Vauxhall", "Peugeot", "Abarth", "Ram", "Dodge", "Chrysler", "Jeep", "Lancia", "DS Automobiles", "Alfa Romeo" və "Maserati"nin sahibidir.
"Stellantis" konserninin rəhbəri Karlos Tavares deyib ki, gəlir gətirməyən zərərli avtomobil markaları bağlanmalı olacaq. Nəşrin fikrincə, iflas "Fiat", "Opel", "Vauxhall", "Peugeot", "Citroen", "Jeep" və "Ram" üçün mütləq təhlükə deyil.
Digər şirkətlər avtomobil satışlarının azalması səbəbindən daha həssasdır. Bu, ilk növbədə "Alfa Romeo", "Dodge" və "Chrysler"ə aiddir. Sonuncu brend hazırda bir modelin - "Pacifica" miniveninin istehsalı ilə məhdudlaşır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay