Yeni "Mazda EZ-6"nın istehsalının başlama tarixi açıqlandı
Çində yeni orta ölçülü "Mazda EZ-6" liftbackin istehsalı iyulun 17-də başlayacaq.
Valyuta.az xəbər verir ki, bu barədə carnewschina.com yazıb.
Qeyd olunur ki, avtomobil "Mazda" mühəndisləri tərəfindən Çinin “Changan” brendinin mütəxəssisləri ilə birgə yaradılıb. Korpusun uzunluğu 4921 mm, eni 1890 mm, hündürlüyü isə 1485 mm, təkər bazası 2985 mm-dir.
Salon rəqəmsal cihazlar paneli, 14,6 düymlük məlumat-əyləncə sisteminin ekranı və Sony audio sistemi ilə təchiz olunub.
Avtomobil 95 at güclü benzin mühərriki və 218 at gücü elektrik mühərrikindən ibarət hibrid güc aqreqatı ilə təklif olunacaq. Müştərilərə modelin 258 at gücündə mühərriklə tam elektriklə işləyən versiyası da təklif olunacaq.
"Mazda EZ-6"nın premyerası yaxın aylarda olacaq, lakin dəqiq tarix hələ məlum deyil.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay