Avto
10.07.2024 / 21:58
"Subaru" tarixin ən sürətli WRX sedanını təqdim edəcək (FOTO)
51483
Yaponiyanın "Subaru" şirkəti indiyə qədər ən sürətli WRX sedanını təqdim edəcək.
Valyuta.az xəbər verir ki, bu barədə Motor1.com yazıb.
Avtomobil 2024-cü il iyulun 11-dən 14-dək ABŞ-da keçiriləcək Qudvud Sürət Festivalında debüt edəcək.
"Project Midnight" adlanan yeni versiya 670 at gücü hasil edən 2,0 litrlik düz dörd mühərriklə təchiz edilib. Sedanın çəkisi cəmi 1120 kq-dır ki, bu da istehsal olunan "Subaru WRX"dən təxminən 454 kq yüngüldür.
Avtomobilin kuzovu karbon lifindən hazırlanıb. Arxa qanad ABŞ-da "Subaru ralli" avtomobillərində istifadə edilən qanadlara bənzəyir. Avtomobil həmçinin xüsusi asma və sürüşmə təkərləri alıb.
Avtomobil haqqında bütün ətraflı məlumat premyera günü dərc olunacaq.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay