Əhalinin hələ də köhnə avtomobillərə üstünlük verməsinin səbəbi nədir?
Günü-gündən avtomobil bazarı inkişaf edir. Yeni modellərin yaranması çox qısa zaman ərzində baş verir. Modellər daima yenilənsə də, ölkəmizdə hələ də buraxılış ili köhnə olan avtomobillərə üstünlük verən şəxslərin sayı kifayət qədərdir. Maraqlıdır, insanlar niyə daha çox buraxılış ili köhnə olan avtomobillərə üstünlük verirlər?
Bu barədə Valyuta.az-a danışan nəqliyyat eksperti Adil Nəbiyev deyir ki, avtomobillərin tapılmayan hissələri hamı üçün problemdir. Bu səbəbdən bir çox insanların seçimi köhnə avtomobillər olur:
“Son vaxtlar Çin avtomobilləri kefiyyət baxımından özünü göstərsə də, bu avtomobillərin alışında bizdə ləngimə var. Çünki bu avtomobillərin ehtiyat hissələri çətin tapılır. Bizdə ən çox istifadə olunan avtomobillər “Mercedes”, “Hundai”, “Kia”, “Toyota” və s. markalardır. Bu avtomobillərin ikinci əl ehtiyat hissələrini də tapmaq asandır. Tez-tez yeni modellər çıxdığına görə, həmin avtomobillərin ehtiyat hissəsini tapmaq da çətinləşir. Məsələn, xanımların ən çox xoşladığı avtomobillərdən biri olan “Mini Cooper” modeli var ki, bu maşını alanlar bir müddətdən sonra peşman olurlar. Bu avtomobillərin kiçik bir detalını aylarla gözləməli olurlar.
Həm də, bu avtomobillərin ustası da çətin tapılır. Buna görə də, avtomobil alan zaman insanlar buraxılış ili köhnə olan avtomobillərə üstünlük verirlər”.
A.Nəbiyev bildirdi ki, müəyyən müddət keçəndən sonra yeni avtomobillər almağa dəyər:
“Artıq ölkəmizdə Çin avtomobillərinin rəsmi dileri açılır. Müəyyən vaxt ötdükdən sonra bu avtomobilləri almağa dəyər. Günü-gündən modellərin sayı artsa da, rəsmi dilerlər yoxdur. Avtomobili alan zaman yalnız ehtiyat hissəsinin tez və ya gec tapılmasına baxmaq lazım deyil. Həmçinin avtomobilin hansı bazar üçün istehsal olunduğunu da nəzərə almaq lazımdır.
Məsələn, Çində istehsal olunan bəzi avtomobillər Çində istifadə üçün istehsal edilir. Bu avtomobillər Avropada və bizdə istifadə üçün yararlı olmur. Bu avtomobilləri alanda daha sonra problemlər ortaya çıxır. Onun elektronikasında və ya dil dəyişməsində porblem olur.
Bunlara görə də, biz hələ də buraxılış ili köhnə olan özünü doğrultmuş modellərə üz tuturuq”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay