Avto
19.06.2024 / 10:32
Yaponiya Rusiyaya minik avtomobillərinin tədarükünü 22% azaldıb
50258
May ayında Yaponiya Rusiyaya minik avtomobillərinin tədarükünü ötən ilin eyni dövrü ilə müqayisədə 21,9% azaldıb.
Valyuta.az “Report”-a istinadən xəbər verir ki, bunu Yaponiya Maliyyə Nazirliyinin dərc etdiyi statistik məlumat sübut edir.
May ayında Rusiyaya avtomobillər üçün ehtiyat hissələrinin tədarükü 8,3% azalıb, motosikletlərin tədarükü isə 18,1% artıb.
Qeyd edək ki, minik avtomobilləri Yaponiyanın Rusiya Federasiyasına ixracının 65,1%-ni təşkil edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay