Bu nəqliyyat vasitələrinin qiyməti 20 min manata yaxın ucuzlaşıb
Cari ilin ilk dörd ayında ölkəmizə 76 ədəd sürücü daxil olmaqla 10 nәfәr vә ya daha çox adam daşımaq üçün nәzәrdә tutulmuş mühәrrikli nәqliyyat vasitәlәri gətirilib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu nəqliyyat vasitələrinin dəyəri 4 milyon 396 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 21 ədəd (38,2%), dəyər ifadəsi ilə 624 min ABŞ dolları (16,5%) çoxdur. Ötən ilin eyni dövründə bu nəqliyyat vasitələrinin sayı 55, dəyəri isə 3 milyon 772 min ABŞ dolları olub.
Hesabat dövründə xaricdən alınan sürücü daxil olmaqla 10 nәfәr vә ya daha çox adam daşımaq üçün nәzәrdә tutulmuş mühәrrikli nәqliyyat vasitәsinin bir ədəd üçün orta qiyməti 57 848 (98 min 341 manat) ABŞ dolları olub ki, bu da illik müqayisədə 10 min 736 ABŞ dolları (18 min 251 manat) ucuzdur.
2023-cü ilin yanvar-aprel aylarında bu qiymət 68 min 584 ABŞ dolları (116 min 592 manat) olub.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay