Avto
22.05.2024 / 22:47
Çin avtomobil satışına görə dünya üçüncüsü oldu - TOP-5
48615
2023-cü ilin sonunda Çin avtomobil satışından əldə olunan gəlirə görə dünyada üçüncü yeri tutub.
Valyuta.az xəbər verir ki, 12 ay ərzində Çin xaricə 97 milyard dollarlıq avtomobil satıb.
Ötən il avtomobil satışından əldə olunan gəlirlərə görə Almaniya yenə lider olub. 2023-cü ildə alman istehsalçıları öz məhsullarını ixrac etməklə 197 milyard dollar qazanıblar. Yaponiya 123 milyard dollar gəlirlə ikinci yeri tutub.
"İlk 5-liy"ə Meksika (95 milyard dollar) və ABŞ (89 milyard dollar) da daxildir.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay