Avto
19.05.2024 / 17:08
Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq
48050
Türkiyənin ilk yerli elektromobili “Togg” 2025-ci ilin əvvəlində Almaniyada satışa çıxarılacaq. Ötən aylarda Las-Veqasda təqdim edilən “fastback” modelinin də bazara çıxması gözlənilir. Elektromobilin təkmilləşdirilməsi davam edir. Ən son yeniliklərdən biri insan üzünü tanıması olub.
Valyuta.az xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır bildirib.
Müdafiə sənayesi üzrə milli texnologiyalardan danışan nazir ilk hədəfin 2028-ci ildə 20 ədəd yerli, beşinci nəsil KAAN təyyarəsinin Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcəyi həddə inkişaf etdirilməsi olduğunu deyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay