Avto
10.05.2024 / 16:05
ABŞ Çinin elektrik avtomobillərinə tariflər tətbiq edəcək
47870
Vaşinqton Çinin elektrik avtomobillərinə tariflər tətbiq etməyə hazırlaşır.
Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası çərşənbə axşamı günü yeni tədbirlər elan edə bilər.
Tarif artımının yarımkeçiricilərə və günəş panellərinə də təsir edəcəyi ehtimal edilir. Bununla belə, mövcud ödənişlər saxlanılacaq.
Tətbiq ediləcək tariflərin dəqiq dəyəri və ya kateqoriyaları barədə təfərrüatlar hələlik məlum deyil. Bununla belə, ABŞ strateji rəqabət və milli təhlükəsizlik maraqları sahələrinə diqqət yetirir.
Vaşinqtonun bu addımı iki böyük dövlət arasında gərginliyin artması ilə Pekinin qisas almasına səbəb ola bilər.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay