Avto
29.04.2024 / 09:13
“McLaren”in nadir avtomobillərindən biri satışa çıxarılıb - FOTO
47069
1995-ci ilin “McLaren F1” superkarı “RM Sotheby's”də hərraca çıxarılıb.
Bu, əfsanəvi modelin yol versiyasının 64 nüsxəsindən biridir.
Qeyd olunub ki, avtomobil cəmi 400 kilometrdən bir az artıq yol qət edib və əla vəziyyətdədir. Avtomobilin gözlənilən qiyməti barədə məlumat verilmir.
“McLaren F1”in istehsalına 1992-ci ildə başlanılıb. Avtomobilin konsepti daha əvvəl Britaniya brendinin “Formula-1” komandasında çalışmış Qordon Mürrey tərəfindən hazırlanıb. 1988-ci il mövsümündə 16 yarışdan 15-də qalib gələn Ayrton Sennaya ilk çempionluq titulunu məhz Mürreyin əl işi olan MP4/4 avtomobili qazandırıb.
İdman avtomobili 100 kilometr/saat həddinə 3,2 saniyəyə sürətlənir və 370 kilometr/saatdan çox sürət yığmağa qadirdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay