20 min manata qədər alına biləcək etibarlı avtomobillər
İlk dəfə özünüzə avtomobil almaq istəyirsinizsə, sərfiyyat baxımdan sərfəli, satılması asan olan və 20 min manata qədər olan avtomobillər istəyirsinizsə, sizə bir neçə belə nümunə göstərmək olar.
Valyuta.az bu barədə avtobloger Bəhruz Güləlinin şərhini təqdim edir:
"1.6 və ya 1.4 benzin mühərrikli "Hyundai Accent" markalı avtomobil etibar baxımından ən dəyərli avtomobillərdəndir. Bu avtomobillərin ustası çoxdur, ehtiyat hissələri asanlıqla tapılır və sadə avtomatik sürətlər qutusu ilə təchiz olunub.
"Kia Rio" - eyni sözləri biz bu modelə də aid edə bilərik, eyni sinifdə olan avtomobillərdir.
"Nissan Sunny" - 1.5 benzin mühərrikli avtomobil. Bu avtomobillərin mühərrikləri çox etibarlıdır. Təmirə də az ehtiyac olur.
"Volkswagen Polo" 1.6 beniz avtomobillər. Bu avtomobillər də çox dözümlü və etibarlı sayılır. Ustaya nadir hallarda ehtiyac olur.
"Toyota Carolla" avtomobilləri illərdir öz etibarını qoruyur. Mühərrikin və gövdəsinin çox da fərqi yoxdur. Əgər büdcəniz çatırsa, normal vəziyyət olan bu avtomobili alıb uzun müddət istifadə edə bilərsiniz".
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay