BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
45538

“Taksilərlə bağlı qəbul edilən qərarlar Azərbaycanın avtomobil bazarında ajiotaj yaradıb. “Prius”ların kütləvi şəkildə satışa çıxarılmasında çox danışılıb deyə bunun üzərində dayanmayacağam. Mən onu demək istəyirəm ki, son 10-15 gündə yaşı 15 ildən çox olan bütün avtomobillərin kütləvi şəkildə satışa çıxarılması müşahidə edilir”. 

Bunu Bizim.media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. 

O bildirib ki, yaşı çox olan maşınların qiymətləri yarıbayarı aşağı düşüb:

“Məsələn, bir ay əvvəl 12 minə olan “Prius”lar 6-7 minə, 16 minə olan “Prius”larsa 8-9 minə təklif olunur. Bundan başqa digər avtomobillərin satış sayında da artım var. Nəzərə alaq ki, bu gün şəhərlərarası taksi xidməti göstərən avtomobillərin yaşı 20-dən yuxarıdır. Təbii ki, hökumətin bu qərarının həmin taksilərə də təsiri olacaq. Ona görə də həmin avtomobillərin sahibləri maşınlarını kütləvi şəkildə satışa çıxarırlar. Məsələn, buraxılış ili 20 ilə yaxın və bundan artıq olan “Mercedes-Benz”, BMW, KIA, “Hyunday” və digər markalı avtomobillər hazırda əvvəlki aylarla müqayisədə ən azı 15-20 faiz aşağı qiymətə təklif olunur”. 

Akif Nəsirli hesab edir ki, tədricən qiymətlər daha çox düşəcək:

“Çünki buraxılış ili 2009-cu ildən əvvəl olan avtomobillərlə taksi fəaliyyəti göstərmək mümkün olmayacaq. Nəzərə alaq ki, taksi fəaliyyəti üçün istifadə olunan avtomobillərin də yaşı 15 ildən çoxdur. Ona görə də bu avtomobillərdən istifadə məcburi şəkildə məhdudlaşacaq. Buraxılış ili çox olan avtomobillər əsasən fərdi istifadə üçün yararlı olacaq. Bu isə köhnə avtomobillərə tələbatı azaldacaq. Nəticədə, köhnə avtomobillər yaxın bir neçə ayda xeyli ucuzlaşacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin