BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
45425

Azərbaycanda taksilərə aid yeni standartların müəyyən edilməsindən sonra ölkədə köhnə maşınların satışa çıxarılması kütləviləşib. Belə ki, qeydiyyat şəhadətnaməsində buraxılış tarixi 15 ildən artıq olan avtomobillərə taksi fəaliyyəti göstərməsinə qadağa qoyulmasının ardından sözügedən maşınların sahibləri onları satmağa qərar veriblər.

“Qafqazinfo” xəbər verir ki, son günlərdə sosial şəbəkələrdə və müvafiq saytlarda yüzlərlə yeni satış elanlarına rast gəlmək olar. Xüsusilə taksi kimi fəaliyyət göstərmiş “Toyota Prius” markalı və 2007, 2008, 2009-cu il buraxılışlı avtomobillərin satışa çıxarılması və təklifin tələbi üstələməsi nəticəsində qiymətlərin enməsi müşahidə edilir ki, bu da taksi sahiblərinin verilmiş qərardan nə dərəcədə təsirləndiyini göstərir.

Paralel olaraq isə son vaxtlar Azərbaycana hibrid mühərrikli, daha təzə və müasir avtomobillərin axınının başlaması müşahidə edilir.

Mütəxəssislər bildirir ki, son vaxtlar Bakıda taksi fəaliyyətinin tənzimlənməsi istiqamətində atılan addımlar bu sahədə illərdir davam edən pərakəndəliyin aradan qaldırılmasına, xidmət keyfiyyətinin artırılmasına və Bakıda tıxacların azaldılmasına hesablanıb.

Zamanın tələbi olaraq köhnə avtomobillər də tədricən Bakı küçələrini tərk edərək ölkənin digər bölgələrinə istiqamətlənəcək. Yeni qaydaların tətbiqindən sonra isə lisenziyalı taksilərin gündəlik səfər sayının artırılması, xidmətin yüksəlməsi, bu sahədə çalışan insanların sosial vəziyyətinin yaxşılaşması gözlənilir.

Belə ki, bir çox xarici şəhərlərdə olduğu kimi Bakıda da müvafiq lisenziyası olan taksilərin avtobus zolaqlarına daxil olması, parkinq güzəştlərindən istifadə etməsi tıxacların azalmasına əlavə töhvə verə bilər. Bu ilin 1 iyul tarixindən isə qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartının verilməməsi ilə taksiçilikdə yeni mərhələnin başlaması gözlənilir.

Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov hesab edir ki, şəhər mobilliyində taksi fəaliyyəti həlledici rol oynamasa da, bu sahədə islahatlara ehtiyac var idi: “2023-cü ilin iyun ayında taksi və ictimai nəqliyyat adı altında dəyişikliklər oldu. Məhz bu tələblər onun tərkib hissəsidir. Odur ki, ölkədə, xüsusilə də Bakıda nəqliyyat mobilliyi ilə bağlı vəziyyət yaxşılaşdırılıb, yol hərəkəti təhlükəsizliyi səviyyəsi yüksəldilməlidir. Buna görə də bu iki məqama problem yaradan səbəblər aradan qaldırılmalıdır.

Kifayət qədər ambisiyalı tələbdir, amma olmalıdır. Çünki belə davam edə bilməz. Bakının vəziyyəti belə saxlanıla bilməz. Şəhər mobilliyinin təmin olunmasında dünya sıralamasına baxsaq, taksi fəaliyyəti 5-ci yerdədir: 1-ci ictimai nəqliyyat, 2-ci piyada hərəkəti, 3-cü mikromobillik, 4-cü fərdi avtomobillərdən istifadə və son olaraq taksi daşınmalardır. İctimai nəqliyyatın içinə bunların hamısı daxildir. Mənim təsnifatımda taksi 4-cü yerdədir. Bu problemi radikal həll etmək üçün ilk 4 bənddəki problemlər həll olunmalıdır. Bu gün Bakıda taksilər ictimai nəqliyyatın işini görürlər. Manatlıq taksilər niyə işləyir? Onlar konkret məntəqələr arasında daşınma edirlər. Çünki həmin işi görən avtobuslar yoxdur. Və yaxud varsa, saatı, qrafiki, komfortu əhaliyə uyğun deyil. Dəqiq qrafikdə işləmir. Nəsə var ki, manatlıq taksiyə tələbat yaranır”.

Ərşad Hüseynov vurğulayıb ki, taksi fəaliyyətinin nizamlanması ilə eyni vaxtda ictimai nəqliyyatın da işində keyfiyyət dəyişikliyi baş verməlidir: “Bizə dəqiq qrafikdə işləyən, rahat avtobuslar lazımdır. Belə olduğu halda problemlər həll olar. Bu islahatların içində metro şəbəkəsinin genişlənməsi vacibdir. Lakin bunların hamısı kənarda qalır. İctimai nəqliyyat mükəmməl olmadan taksi sahəsində bu islahatların aparılması çətin olacaq. Ona görə də optimist deyiləm. Ciddi işlər görülsə, nəsə uğur əldə edəcəyik. Yalnız taksi sahəsini qaydaya salmaqla düzəltmək qeyri-mümkündür.

Bir neçə gün əvvəl tələblərin əksər hissəsi də qüvvəyə mindi. Rəngi və ekostandart tələbi, 15 yaş və digər tələblər də qüvvəyə mindi. Hətta AYNA taksi buraxılış kartları verməyə başlamalıdır. Uğuru ancaq praktikada görəcəyik. Mobilliyin inkişafı baş versə, yeniliklər olacaq. Bu sahədə peşəkarlar öndə olacaq. Qeyri-peşəkarlar başqa iş tapacaq və s.

“Toyota Prius”lara gəldikdə isə bu avtomobillər kifayət qədər hörmətli avtomobildir, ekonomdur, komfortludur. Dünyada onun imici tamam başqadır, bizdə isə başqa. Həmin avtomobillərin imicini Azərbaycana qaytara bilsək, heç kəsin əlində qalmaz. İslahatların hansı istiqamətdə getdiyini isə artıq zaman göstərəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin