“Ferrari” Ronaldo üçün xüsusi, bahalı avtomobil hazırladı
Qarajı müxtəlif bahalı avtomobillərlə dolu olan portuqaliyalı superulduz Kriştiano Ronaldonun son “oyuncağı” “Ferrari” olub.
Valyuta.az xəbər verir ki, “Ferrari Daytona SP3”ün 599 ədədindən biri birbaşa Maranellodan Lissabona Ronaldo üçün gəlib. Eksklüziv və bahalı super idman avtomobili, “Bugatti Centodieci” qədər olmasa da, yüksək qiymətləndirilir.
Söhbət İtaliyanın hazırkı hiperkarı “LaFerrari” əsasında hazırlanmış, 840 at gücünə və qiyməti təxminən üç milyon avroya başa gələn, təbii atmosferli V12 mühərriki və daha çox əlavələr olan xüsusi məhdud seriyadan gedir. Hansı ki, oturacaqların başlıqlarında “CR7” yazısı da var.
Ronaldonun böyük idman avtomobil kolleksiyasına malik olmasına baxmayaraq, onun qaraşındakı “Ferrari F12 tdf”, “Purosangue” və indiki “Daytona” yaxın vaxtlara qədər Portuqaliyada ən çox yayılmış brendlərindən biri olmayıb.
Sözügedən 599 avtomobildən biri məşhur Formula 1 pilotu Çarles Leklerə məxsusdur.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay