26.03.2024 / 17:59
\"Audi\" R8-i \"təqaüdə\" göndərir - Son nüsxəsi buraxıldı
45002
Almaniyanın "Audi" şirkəti "Audi R8" idman avtomobilinin son nüsxəsini buraxıb. Model artıq istehsal olunmayacaq.
Valyuta.az bu barədə motor1.com-a istinadən xəbər verir.
Qeyd olunur ki, sonuncusu karbon trimli və 20 düymlük təkər diskləri ilə "Performance Quattro Edition"da sarı kuzovlu avtomobil olub. "Audi" əvvəlcə R8-in istehsalını 2023-cü ilin sonunda bitirməyi planlaşdırırdı. Bununla belə, modelin "təqaüdə çıxması" xəbəri fonunda superkarın populyarlığı artıb və bu, şirkəti istehsalını genişləndirməyə vadar edib.
2023-cü ildə R8 satışları 49% artaraq 1591 ədədə çatıb. Bununla belə, idman avtomobili hələ də digər "Audi" modellərindən daha pis satılır.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay