C.Koreyanın dörd avtomobil istehsalçısı 232 min avtomobilini geri çağırır
Cənubi Koreyanın dörd yerli və xarici avtomobil kompaniyası istehsal qüsurlarına görə 232 min nəqliyyat vasitəsini geri çağırır.
Valyuta.az Sinxua agentliyinə xəbər verir ki, “Hyundai Motor” inteqrasiya edilmiş şarj idarəetmə blokunda proqram səhvinə görə beş fərqli modeldən 113 min 916 ədəd, eləcə də farlarda dayanıqlıq çatışmazlığı səbəbindən 61 min 131 ədəd “Avante” modelini geri çağıracaq.
“Kia Corp” 126 ədəd “Ray” markalı avtomobilin hava yastığı xəbərdarlığındakı, 56 mindən çox EV6 markalı avtomobilin isə idarəetmə bloku proqramındakı xətanı aradan qaldıracaq. “Stellantis Korea” 527 ədəd “Jeep Cherokee” markasında standarta uyğun olmayan işıqlara, 148 ədəd “Jeep Wrangler” PHEV markasında isə yüksək gərginlikli akkumulyatorlardakı nasazlıqlara görə geri çağırır.
“Tesla Korea” aşağı sürət və ya geriyə dönmə zamanı piyadalar üçün nasaz xəbərdarlıq səsinə görə “Model 3” də daxil olmaqla, iki fərqli markadan olan 136 ədəd avtomobildəki xətaları düzəltməlidir.
Qeyd olunur ki, avtomobil sahibləri nasaz hissələri əvəzləmək üçün təmir və servis mərkəzlərinə müraciət edə bilərlər.
© azertag.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay