Avto
09.03.2024 / 19:18
BMW və “Mercedes-Benz” yeni şirkət yaradır
43987
Alman avtomobil nəhəngləri Çində böyümək üçün güclərini birləşdirir.
Valyuta.az xarici mətbuata istinadən xəbər verir ki, BMW və “Mercedes-Benz” tərəfindən qurulan yeni şirkət Asiya bazarında, xüsusən də Çində elektrik enerjisi doldurma infrastrukturunu genişləndirmək məqsədi daşıyır.
Çində açılan yeni şirkət “Supercharging Network” adı ilə fəaliyyət göstərəcək. Bu, sürücülərin hərəkətdə olarkən avtomobillərinə enerji doldurmasını asanlaşdıracaq.
Alman istehsalçıları 2026-cı ilə qədər ən azı min sürətli şarj stansiyası və ölkə daxilində 7 minə yaxın stansiya tikmək niyətindədir. İlk stansiyaların tikintisinə 2024-cü ildən iri şəhərlərdən başlanacaq.
© olke.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay