97 km/saat-a 1 saniyəyə çatan avtomobil
Bir neçə gün bundan öncə Elon Musk bildirdi ki, Tesla özünün yeni nəsil Roadster idman elektromobilini artıq gələn il satışa çıxartmağı planlaşdırır.
İndi isə Musk sözügedən elektromobil barəsində digər maraqlı məlumatları qeyd edib. Musk-ın sözlərinə əsasən yeni nəsil Roadster elektromobili SpaceX ilə Tesla arasındakı əməkdaşlığın məhsuludur və o, dizayn ilə funksionallıq mövzularında radikal təkamülü sərgiləyəcək.
Tesla Roadster-in SpaceX ilə Tesla arasındakı əməkdaşlığın məhsulu olması elektromobilin hansısa texnoloji üstünlüyə sahib olacağından xəbər verir. Musk-ın sözlərinə əsasən yeni Roadster saatda 97 km sürəti 1 saniyəyə yığa biləcək və bu, elektromobilin yeganə heyrətləndirici özəlliyi olmayacaq. Gözləntilərə əsasən növbəti nəsil Roadster-in yeni təqdimatı bu ilin sonunda baş tutacaq.
© Technote.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay