Avto
01.03.2024 / 11:27
Nissan şirkətindən pilotsuz taksi servisi
43375
2027-ci ilə qədər Nissan Yaponiyada öz minivenləri əsasında pilotsuz taksi servisini yaratmağı planlaşdırır. Şirkət bildirib ki, pilotsuz taksi servisinin testlərinə artıq cari maliyyə ilində start verilməlidir. Testlərin Tokionun cənubunda yerləşən Yokohama ərazisində keçirilməsi planlaşdırılır. Məlumatda qeyd edilib ki, Nissan nəqliyyat sahəsində yeni həllərin yaradılması üçün yerli orqan və operatorlarla əməkdaşlıq etmək niyyətindədir.
Qeyd etmək lazımdır ki, Nissan öz pilotsuz avtomobillərini 2017-ci ildən Yaponiya və digər ölkələrdə test edir. Şirkətin rəqibləri olan Toyota ilə Honda da Tokioda pilotsuz taksi servisləri yaratmağı planlaşdırırlar. Bunun 2025-2026-cı illərdə baş verəcəyi nəzərdə tutulub.
© technote
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay