Hyundai Motorun rəhbəri Braziliya iqtisadiyyatına 1,1 milyard dollar sərmayə qoyacaq
Hyundai Motor Group konqlomeratının sədri Jung Eui-sung Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə görüşü zamanı şirkətin yerli filialının ölkədə ekoloji təmiz və qabaqcıl texnologiyalar sahəsinə 1,1 milyard dollar sərmayə qoyacağını vəd edib.
Valyuta.az xəbər verir ki, bu barədə avtomobil istehsalçısı öz saytında məlumat yayıb .
"Sədr Jung Eui-sung Hyundai Motor Brazil və onun yerli tərəfdaşları tərəfindən 2032-ci ilə qədər gələcək texnologiyalara, təmiz texnologiyalara, o cümlədən hidrogen [enerji] üçün 1,1 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqladı", - mətbuat bəyanatında deyilir.
Cənubi Koreya korporasiyasının rəhbəri həmçinin Hyundai Motor-un ölkədəki işinə maraq göstərdiyinə görə Braziliya hakimiyyətinə təşəkkür edib. Jung Eui Sung prezidentə beynəlxalq karbon neytrallığı məqsədlərinə uyğun olaraq elektrik və hidrogenlə işləyən avtomobillərin payının artırılması üzrə şirkətin strategiyası haqqında məlumat verib.
Qeyd edək ki, Hyundai Motorun 2012-ci ildən bəri Braziliyada avtomobil zavodu var. Bu da şirkət üçün Cənubi Amerikada yeganə zavoddur.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay