Çində şarj etmədən 1000 km məsafə qət edə bilən avtomobil buraxıldı
Çində yeni akkumulyator tutumu 150 kVt olan Nio ET5 elektromobilinin təqdimatı keçirilib.
Valyuta.az xəbər verir ki, bu barədə carnewschina.com məlumat yayıb.
Bu versiyanın güc ehtiyatı min km-dir. Qeyd edilir ki, əvvəllər Nio ET5 yalnız 75 kVt/saat batareya ilə təqdim olunurdu. Avtomobilə 100 kVt/saatlıq akkumulyator quraşdırmaq da mümkün olub. Maşın artıq "WeLion" tərəfindən istehsal olunan 150 kVt-saat yarı bərk vəziyyətdə olan akkumulyatorla təchiz ediləcək.
Yeni akkumulyatorlu ET5 sedanı "Tesla Model 3"ə rəqib sayılır, lakin Çin avtomobili ölçülərinə görə daha böyükdür: uzunluğu - 4790 mm (+ 96 mm), eni - 1960 mm (+ 110 mm), hündürlüyü - 1499 mm (+ 56 mm). Təkər bazası - 2888 mm (+13 mm).
Elektromobilin ensiz LED fənərləri, maili damı, heykəltəraş kapotu və qırmızı əyləc kaliperləri var. Salon rəqəmsal cihazlar paneli, idman oturacaqları və "Tesla"da analoji qaceti kopyalayan multimedia sisteminin böyük displeyi ilə təchiz edilib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay