"Audi" yeni Q7-ni təqdim etdi (FOTO)
Alman şirkəti "Audi" yenilənmiş Q7 krossoverini təqdim edib.
Valyuta.az xəbər verir ki, bu barədə brendin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, avtomobilin yeni ön bamperi və iri pətəkləri olan radiator barmaqlığı, əvvəllər olduğu kimi, Q7-də matrisli ön optika var.
Avtomobil 3 litrlik dizel mühərriki ilə təchiz olunub - 231 və ya 286 at gücü. Bundan əlavə, alıcılara 340 və 507 at gücünə malik benzin mühərrikli versiyalar təklif olunacaq. Ən yüksək səviyyəli avtomobildə 100 km/saat sürətlənmə 4,1 saniyə çəkir.
Yenilənmiş "Audi Q7" yay asma ilə təklif olunacaq. İsteyə bağlı olaraq, pnevmatik asqı, arxa oxa sükan mexanizmi, elektromexaniki dönmə barmaqlıqları və elektron idarə olunan arxa diferensial quraşdıra bilərsiniz.
Əsas konfiqurasiyada avtomobilin dəyəri 79,3 min avro təşkil edir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay