Avto
26.01.2024 / 19:05
"Tesla" avtomobillərində qəzaya səbəb ola biləcək ciddi problem tapıldı
41236
"Tesla" 2023-cü ildə buraxılmış 200 min Y, S və X model avtomobillərini təmir üçün geri çağıracaq.
Valyuta.az xəbər verir ki, bu barədə cbsnews.com məlumat yayıb
Qeyd olunur ki, belə avtomobillərin bort elektronikasında problemlər var. Xüsusilə, geriyə dönərkən kamera görüntüsü həmişə monitorda göstərilmir. Avtomobildən bu şəkildə istifadə edərkən qəzaya düşmə riski var.
Qeyd edilir ki, "Tesla" problemi proqram təminatının yenilənməsi ilə aradan qaldıracaq. Yeni elektronika problemi səbəbindən "Tesla" sahibinin qəza keçirib-keçmədiyi barədə heç bir məlumat yoxdur.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay