"Haval" yeni H9 modelinin fotolarını yaydı
Çin avtomobil markası "Haval" ikinci nəsil H9 yolsuzluq avtomobilinin rəsmi fotolarını yayıb.
Valyutaə.az carnewschina.com-a istinadən xəbər verir ki, yeni məhsulun debütü və istehsalın başlanması 2024-cü ilin birinci yarısında başlayacaq.
"Haval H9" retro üslubda hazırlanıb. Kvadrat faralara, dəyirmi formalı gündüz işıqlarına və üfüqi relsli radiator barmaqlığına malikdir. Bundan əlavə, model geniş təkər tağları, hündür kapot xətti, böyük yan güzgülər, böyük bamperlər, dam relsləri və arxa qapıda saxlama qutusu ilə seçilir.
Avtomobil 224 at gücünə malik benzin mühərriki, həmçinin 190 at gücünə malik dizel aqreqatı ilə təchiz ediləcək.Birinci halda, mühərrik səkkiz pilləli avtomatik transmissiya ilə, ikincisində isə on pilləli transmissiya ilə işləyəcək. Sürücü yalnız tam ötürücülüdür.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay