"Hyundai" və "Kia" Rusiyaya yeni brendlə qayıda bilər
Rusiyanın "Hyundai" zavodu Koreya istehsalı olan "Hyundai Solaris" və "Kia Rio" avtomobillərinin istehsalını davam etdirir.
Valyuta.az xəbər verir ki, bu barədə "Russian Automobile" "Telegram" kanalı öz məlumat mənbələrinə istinadən məlumat yayıb.
Ola bilər ki, modellər başqa brend altında istehsal olunacaq.
"Sankt-Peterburqdakı "Hyundai Motor Manufacturing Rus" (HMMR) zavodunda indi hər gün konveyerdən 6-8 "Hyundai Solaris" və "Kia Rio" avtomobili çıxır. Bütün bu avtomobillər orijinal "Hyundai" və "Kia" ad lövhələri ilə gəlir (zavodda onlara etiket deyilir)", deyə nəşr yazıb.
Eyni zamanda, insayderlər qeyd edirlər ki, "Hyundai" və "Kia"dan başqa, Sankt-Peterburq zavodunda avtomobil istehsal etmək hüququ olan daha bir brend var. Buna "Solaris" deyilir. Ola bilər ki, bu marka ilə avtomobillər istehsal olunsun.
"Hələlik bu variantın həyata keçirilməsi yüksək ehtimalıdır. HMMR zavodundan bəzi daxili məlumatları bunu təsdiqləyir", deyə "Russian Automobile" qeyd edir.
"Hyundai" zavodu 2010-cu ildən Sankt-Peterburqda fəaliyyət göstərir. Onun istehsal gücü ildə 200 min avtomobil istehsal etməyə imkan verir. 2022-ci ilin martında zavod komponentlərin tədarükü ilə bağlı çətinliklərə görə fəaliyyətini dayandırıb. Zavodun 2537 işçisindən 2206-sı işsiz qalıb.
2023-cü ilin dekabrında məlum olub ki, "Hyundai Motor" Sankt-Peterburq zavodundakı payını Rusiyanın "Art-Finance LLC" şirkətinə satmaq qərarına gəlib.
Eyni zamanda, Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturovun verdiyi məlumata görə, "Hyundai Motor" Rusiyada avtomobillərə zəmanət və texniki qulluq üzrə öhdəliklərini özündə saxlayır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay