BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
40218

Ötən il Nazirlər Kabineti tərəfindən verilən qərara əsasən, istehsal ili 10 ildən artıq olan nəqliyyat vasitələrinin Azərbaycana gətirilməsi qadağan olunub. Bu qərarla köhnə avtomobillərin idxalı dayandırılıb. Buna baxmayaraq, ölkəyə avtomobil idxalında azalma qeydə alınmayıb. Əksinə, ötən il Azərbaycanın avtomobil idxalına çəkdiyi xərc 63 % artıb. Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 1 milyard 522 milyon ABŞ dolları dəyərində 88 738 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 63,3 % və 32,7 % çoxdur. Bununla yanaşı dövriyyədə ölkəyə əvvəlki illərdə idxal olunmuş nəqliyyat vasitələri də mövcuddur. Bəs, görəsən istehsal ili köhnə və yeni avtomobillərə, eləcə də ektromobillərə tələbat necədir?

Müşahidələr zamanı məlum olub ki, maddi durumu yeni avtomobilə sahib olmağa imkan verməyən şəxslər istehsal ili 10 ildən artıq olan nəqliyyat vasitələrinə üstünlük verir. Amma bu maşınların kifayət qədər işləndiyini və buna görə də yarana biləcək texniki qüsurlarını düşünən şəxslər isə yeni avtomobillərin daha sərfəli olduğu qənaətinə gəlirlər. Həmçinin müşahidələr onu göstərir ki, ölkəmizdə son illər elektromobillərə də tələbat artıb. 

Valyuta.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, ümumiyyətlə, manatın devalvasiyasından sonra vətəndaşlar yeni avtomobil almaqda çətinlik çəkirlər.

Onun sözlərinə görə, bu baxımdan Azərbaycanda həm köhnə, həm də yeni avtomobillərə maraq var: "Manatın devalvasiyasından sonra misal üçün, 19 min manata olan avtomobil birdən-birə 30 min manata oldu. Bu səbəbdən istehsal ili köhnə olan avtomobillərə tələbat artdı. Amma ötən il hökumətin qərarına əsasən, istehsal ili 10 ildən çox olmayan avtomobillərin idxalına icazə verildi. Bu gün ölkəyə yeni nəqliyyat vasitələri ilə yanaşı istehsal ili 10 ilə qədər olan avtomobillər də idxal olunur".

E.Cəfərov həmçinin Azərbaycanda elektormobillərə olan maraqdan da danışıb: "Ölkəmizdə elektromobillərə də maraq var. Lakin hələ onlar o qədər də populyar deyil. Hazırda ölkəmizdə benzin mühərrikli avtomobillər daha çox istismar olunur".

Qeyd edək ki, hazırda dünyada avtomobil bazarında ən çox satış həyata keçirən Yaponiyanın "Toyota" şirkətidir. "Toyota" artıq dördüncü ildir ki, qlobal avtomobil satışında 1-ci yerdədir. Məlumata görə, avtomobil istehsalçısı ötən ilin yanvar-noyabr ayları arasında 10,22 milyon avtomobil sata bilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin