Almaniyada fermerlərin tətili "Volkswagen" zavodunun işini iflic edib
Almaniyanın minik avtomobilləri istehsalçısı "Volkswagen"in fabriklərindən biri alman fermerlərinin ümummilli tətili səbəbindən işləri dayandırıb.
Valyuta.az xəbər verir ki, bu barədə “Bild” qəzeti yazıb.
Məqalədə deyilir ki, etirazçılar Aşağı Saksoniya Emdendəki avtomobil zavodunun bütün girişlərini bağlayıblar və bu səbəbdən işçilər öz işlərinə gedə bilməyiblər.
"Bu gün istehsal dayandırılıb", deyə şirkət sözçüsü bildirib.
İlkin məlumatlara görə, zavod çərşənbə axşamı, yanvarın 9-da işini bərpa edəcək.
Məlumata görə, Alman Fermerlər Assosiasiyası federal hökumətin kənd təsərrüfatı sektorunda subsidiyaları azaltmağı planlaşdırmasına qarşı ümummilli tətilə başlayıb. Nəşrin yazdığına görə, Almaniya hakimiyyəti 2024-cü il büdcəsinə qənaət tədbirləri, o cümlədən fermerlərə verilən müavinətlərin mübahisəli şəkildə azaldılmasını nəzərdə tutub.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay