"Kia" yeni "Clavis" krossoverini buraxacaq
"Kia" yeni krossoverinin adı ilə bağlı qərar verib - o, "Clavis" adlanacaq və Hindistanda istehsal olunacaq.
Valyuta.az xəbər verir ki, bu barədə "Autocar India" öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, uzunluğu 4 metrdən az olan avtomobil 2024-cü ilin sonunda debüt edəcək və 2025-ci ilin əvvəlində satışa çıxarılacaq. Onun üç növ elektrik stansiyasının - elektrik, hibrid və daxili yanma mühərriki alacağı gözlənilir.
Hindistanda 100 minə qədər yeni krossoverin istehsalı planlaşdırılır ki, onların da 80%-i daxili yanma mühərrikləri ilə təchiz olunacaq. İstehsal edilən avtomobillərin bir hissəsinin ixracı planlaşdırılır.
Yeni "Clavis" Koreya avtomobil istehsalçısının sıralarında "Sonet" və "Seltos" arasında yer alacaq. Yeni məhsul yolsuzluq avtomobillərinə xas görünüşə malik olacaq, lakin tam ötürücü ilə təchiz edilməyəcək.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay