Avto
15.12.2023 / 21:33
"AvtoVAZ" 7 il ərzində 12 yeni model buraxacaq
38778
Rusiyanın "AvtoVAZ" şirkəti 2030-cu ilə qədər 12 yeni avtomobil modelinin seriyalı istehsalına başlayacaq.
Valyuta.az xəbər verir ki, bu barədə “İzvestiya” "AvtoVAZ"ın prezidenti Maksim Sokolova istinadən məlumat yayıb.
"Biz bazarda dominant mövqeyə malik olacağımızı gözləyirik. Biz 30-35% paya çatanda strategiyamızı uğurlu hesab edəcəyik", deyə Sokolov bildirib.
Onun sözlərinə görə, "AvtoVAZ" hibrid elektrik stansiyası və turbomühərrik üzərində işləyir. Bundan əlavə, o, "Lada Niva" yolsuzluq avtomobillərinin 1,8 litr həcmli mühərriklərlə təchiz ediləcəyini təsdiqləyib.
Şirkət rəhbərinin sözlərinə görə, "AvtoVAZ" şərq tərəfdaşı ilə avtomobillərin istehsalı üzərində də işləyir.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay