BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.1932
  • TRY
    0.0433
  • GBP
    2.2936
38008

Azərbaycanda nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş komponentlərə və ayrı-ayrı texniki qurğulara dair dövlət standartları qəbul edilib.

Bu barədə Valyuta.az-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xidmətin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS ECE 39:2023 “Quraşdırılması daxil olmaqla spidometr (sürətölçən) və odometr (yürüşölçən) avadanlıqları ilə bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”, AZS ECE 28:2023 “Mühərrikli nəqliyyat vasitələrinin səsli xəbərdarlıq cihazları və səs siqnalları ilə bağlı təsdiqinə dair vahid müddəalar”, AZS ECE 104:2023 “M, N və O kateqoriyalı nəqliyyat vasitələrinin işıqqaytarıcı markalanma materialının təsdiqinə dair vahid müddəalar” dövlət standartları qəbul edilib.

Bu standartlar avtonəqliyyat vasitələrinə və onların qoşqularına, habelə bu cür nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş sistemlərə, komponentlərə və ayrı-ayrı texniki qurğulara, onların ümumi təhlükəsizliyinə və nəqliyyat vasitəsinin sərnişinlərinin və həssas yol iştirakçılarının mühafizəsinə dair tələbləri müəyyən etmək məqsədinə uyğun olaraq AZS 865-2016 “Quraşdırılması daxil olmaqla sürət ölçmə mexanizmi baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər”, AZS 866-2016 “Səsli xəbərdarlıq cihazlarının və onların səs siqnalları ilə bağlı motorlu nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”, AZS 868-2016 “M, N və O kateqoriyalı nəqliyyat vasitələri üçün işıq qaytaran markalanmanın rəsmi təsdiqinə dair vahid göstərişlər” dövlət standartlarının əvəzinə işlənib hazırlanıb.

Standart layihələri “Yol nəqliyyatı” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 19) rəy və təkliflər nəzərə alınmaqla müzakirə edilib və konsensus əsasında qəbul edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Healthy Body” şirkətinin rəhbərinə “stop” qoyuldu

Dropshipping nədir və Azərbaycanda bu işə başlamaq olar?

Dünyanın ən böyük dəmir filizi yatağı kəşf edildi - Harada yerləşir?

Alman termonüvə reaktoru dünya rekordu müəyyən etdi

184 min manat vergi borcu olan şirkət kimindir?

İstanbuldan Gəncə və Naxçıvana yeni reys açıldı

İstanbuldan Gəncə və Naxçıvana yeni reys açıldı

BŞİH-dən adı heç yerdə olmayan şirkətə 50 milyonluq sifariş

Bu restoranlar cərimələndi

Naxçıvanda nazir müavini işdən çıxarıldı

Metro 3 ayda nə qədər qazanıb?

Bayram günlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli açıqlanıb

Neuralink" beyin çipi layihəsinə 650 milyon dollar investisiya aldı

Azərbaycanda hotellər 3 prinsip üzrə idarə olunur

Restoranların müştərilərdən 50-100 manatlıq depozit tələbi qanunidirmi?

Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI

Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI

Sumqayıtdakı bu zavodun 1,3 milyon manat vergi borcu üzə çıxdı

“İstənilən adamın telefonuna girə bilərdik” deyən hakerə hökm oxundu

Ən etibarsız ailə avtomobilləri: Alınması məsləhət görülməyən 3 model

Azərbaycanda 2035-ci ildən hidrogen istehsalına başlanacaq

Azərbaycan Türkmənistana 100 ton elektrod göndərib

Metroda gedişhaqqı ilə bağlı YENİLİK

Stiv Cobsun həyat yoldaşı "OpenAI"nin sirrli cihazına dəstək verir: "Apple"a rəqib gəlir?

Azərbaycanın bu ölkədə yeni səfirliyi açıldı

Bu saatlar təkcə zamanı yox, sərvəti də göstərir - Dünyanın ən bahalı 10 saatı

"Azercell"in yeni qaydası ciddi sosial narahatlıq doğurur - Ekspert

"Azercell"in yeni qaydası ciddi sosial narahatlıq doğurur - Ekspert

Çindən 2,21 manata alıb, Səudiyyə Ərəbistanına 38 manatdan satmışıq

600-dən çox bal toplayan şagirdlərə görə lider olan MƏKTƏBLƏR - SİYAHI

“AzSığorta”nın rəhbərliyində təyinat olub

Azərbaycanda bu ərazilərdə işıq və qaz qiymətlərinin 3 dəfə azaldılması təklif edilir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin