Britaniyada "Toyota" pikaplarının reklamı qadağan edildi (SƏBƏB)
Böyük Britaniya Reklam Standartları Təşkilatı (ASA) tərəfindən "Toyota" pikaplarının reklamı ətraf mühitə görə qadağan edilib. Çünki reklamda çay yatağı ilə hərəkət edən avtomobillər yer alırdı.
Valyuta.az xəbər verir ki, bu barədə "Financial Times"a (FT) məlumat yayıb.
Qeyd olunur ki, elanda düzənliklə bir-birinin ardınca hərəkət edən "Toyota Hilux" markalı avtomobillər çayın məcrasını keçərək yola çıxırlar. ASA hesab edib ki, reklamda avtomobilin ətraf mühitə mənfi təsirini nəzərə almadan təbii ekosistemlər vasitəsilə idarə olunması göstərilir.
"Toyota Motor" izah edib ki, reklam yalnız avtomobilin imkanlarını nümayiş etdirir və heç bir ağlabatan tamaşaçı videonu kənddə məsuliyyətsiz maşın sürməyə və ətraf mühitə zərər verməyə çağırış kimi qəbul etməyəcək.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay