Avtoyuma məntəqələrində sevilməyən sürücülər kimlərdir?
Avtomobil təlimçisi Adil Nəbiyev Valyuta.az üçün yazır.
Bəzi ustaların və avtoyuma məntəqələrində çalışan yuyucuların xoşlarına gəlməyən sürücülər var. Bunlar əlbəttə ki, daha məsuliyyətli sürücülərdir. Yəni avtomobilindən 1 dəqiqə belə gözünü çəkməyən sürücülər. Belə də lazımdır. Çünki son zamanlar özbaşına müştərinin avtobilini götürüb istədiyi yerə gedən usta və şagirdlərinə rast gəlinir.
Sürücülük hüququ olan və ya olmayan fərq etmir, hər iki halda müştərinin icazəsi olmadan avtomobilini sürmək avtomobili qaçırmaq sayılır. Hələ bu azmış kimi içkili vəziyyətdə də müştərinin avtomobilini götürüb düzəltmək və ya təmizləmək adı ilə sürüb və qəza törədənlər var.
Avtomobili etibarnaməsiz verənə və idarə edənə İnzibati Xətalar Məcəlləsində cərimə tənbehi var. Buna görə, çalışmaq lazımdır ki, avtomobili nəzarətsiz heç kimə etibar etməyək. Zərurət yaranarsa, “probeq”in (yürüşün) şəklini çəkərək xəbərdarlıq edib sonra müvəqqəti nəzarətsiz qoymaq olar. Bəlkə o zaman məsuliyyət hissi yaradar, icazəsiz sürməzlər.Təmizləməyə verdiyimiz avtomobilləri yuyan şəxslərin ən çox etdiyi səhvlər: Mühərrikə, naqillərə adi su vurmaq, avtomobil dayanan kimi isti əyləc (tormoz) disklərinə soyuq su vurmaq diskin əyilməyinə gətirib çıxarır. Qapını açıb aşağı hissəyə su vurmaq qapı petlələrinin paslanmasına və səs etməsinə gətirib çıxarır, qapılarda olan səs gücləndiriciləri (kalonkaları) çürüdür.
Sonda qeyd etmək istəyirəm ki, yalnız avtomobili idarə etmək kifayət etmir. Ümumi məlumatları da öyrənməyə çalışın. Unutmayın ki, bilik həyat qurtarır!
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay