Dizellə işləyən avtomobillər çox ucuz qiymətə elektromobilə çevriləcək
Elektrik avtomobil dünyası sürətlə inkişaf edərkən, Avropa şirkətləri geridə qalmaq istəmir. “Peugeot”, “Chrysler” və “Citroen” kimi şirkətlərin sahibi olan Stellantis, başlatdığı yeni proqram çərçivəsində bəzi dizel avtomobillərini elektrikləşdirəcək.
Valyuta.az xəbər verir ki, Stellantis 2024-cü ildən “Peugeot Expert” və “Citroen Jumpy” kimi məşhur dizel furqonlarını elektriktromobilə çevirməyi planlaşdırır.
Proqramın məqsədi yeni elektrik avtomobili ala bilməyən kiçik biznes və kommersiya operatorlarını itirməməkdir.
Avtomobil sahiblərini sıfır emissiyalı mikroavtobuslarla təmin etməyi planlaşdıran Stellantis, bu kontekstdə münasib qiymətə çevrilmələr təmin edəcəyini bildirib. Transformasiyaların 20 min avrodan ucuz olacağı təxmin edilir.
Bu proqram ilk olaraq Fransa bazarında həyata keçiriləcək. Köhnəlmiş mikroavtobuslar daha təmiz elektrik aqreqatı olan 2,0 litrlik dizel mühərrikləri ilə əvəz olunacaq .
Təfərrüatlar hələ təsdiqlənməsə də, zavod elektrik modellərinin 50 kVt/ saat və 75 kVt/saatlıq batareya paketlərindən və 134 at gücünə malik elektrik mühərrikindən istifadə edəcəyi gözlənilir.
© Avtosfer.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay