Keçmiş "Audi" dizayneri BYD-ni "Tesla"ya rəqib etdi
Çin avtomobil istehsalçısı BYD Quançjou avtosalonunda "Sea Lion 07" krossoverini nümayiş etdirəcək. Yeni məhsulun dizaynı əvvəllər "Audi"də işləmiş və hazırda BYD-nin baş dizayneri postunu tutan Volfqanq Eqqerin rəhbərliyi altında hazırlanıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Carnewschina" məlumat yayıb.
Elektrikli avtomobil "Ocean" ailəsinin bir hissəsidir və "Ocean-X" konseptinin istehsal versiyasıdır. O, "Song L" krossoverinin də qurulduğu BYD 3.0 platformasına əsaslanır. İstehsalçı yeni məhsulun ətraflı texniki xarakteristikalarını təqdim etmir.
Çin bazarında "Sea Lion 07"nin Amerikanın "Tesla Model Y" ilə rəqabət aparacağı güman edilir.
2023-cü ildə BYD 3 milyon avtomobil satmağı planlaşdırır, oktyabrın sonunda isə onun satışları 308 mini keçib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay