Avto
14.11.2023 / 12:10
1962-ci il istehsalı "Ferrari" 51,7 milyon dollara satıldı
36409
1962-ci il istehsalı olan "Ferrari 250 GTO" yarış avtomobili Nyu-Yorkda keçirilən hərracda 51,7 milyon dollara satılıb.
Valyuta.az xəbər verir ki, bu, tarixdə hərracda satılan ikinci ən bahalı avtomobil olub.
Satılan "Ferrari 250 GTO" 1962-ci ildə 24 saat Le Manda yarışıb. Onu britaniyalı sürücü Mayk Parkes və italyan Lorenzo Bandini idarə edib.
1974-1985-ci illərdə avtomobilin sahibi "Ferrari Club of America" təşkilatının sədri olub. Son 38 ildə "Ferrari 250 GTO" amerikalı kolleksiyaçıya məxsus idi. Onun yeni sahibi açıqlanmayıb.
Tarixdə hərracda satılan ən bahalı avtomobil "Mercedes 300 SLR Uhlenhaut Coupe" olub. Həmin avtomobil 2022-ci ildə 135 milyon avroya alınıb.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay