BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
36333

İlk avtomobil seçimi həssas yanaşma tələb edir. Çünki ilk avtomobildə adam həvəsli olur, ona görə görünüş cəhətdən də ürəyincə olan avtomobil almaq istəyir. Eyni zamanda məsləhət görürlər ki, ilk avtomobil alan zaman yığcam, işlənmiş olanlarına üstünlük verməliyik. Bu fikirlər nə dərəcədə doğrudur? Ümumiyyətlə, ilk avtomobilimizi necə seçməliyik?

Büdcəmizə uyğundur?

Avtomobil təlimçisi Adil Nəbiyev Valyuta.az-a açıqlamasında bildirdi ki, ilk olaraq avtomobil seçimini edərkən büdcənizə diqqət etməlisiniz:

“Həm xaricdə, həm də Azərbaycanda belə bir strategiya var. Aldığınız avtomobilin qiyməti orta aylıq maaşın iki ilindən çox olmamalıdır. Yəni iki illik qazancımız, maaşımız nə qədərdirsə, avtomobilin qiyməti maksimum o qədər olmalıdır. Avtomobili rahatlığımız üçün alırıq. Ayağımızı yorğanımıza görə uzatmalıyıq ki, sonra borc-xərcə girməli olmayaq. Əsas avtomobilə sahib olmaq deyil. Onun xərclərini ödəyə biləcək qədər büdcəniz olmalıdır. Hər büdcəyə uyğun avtomobil var. Sizə uyğun olanı tapmaq üçün bazar araşdırması etməlisiniz”.

Ehtiyat hissəsi əlçatan olmalıdır

Avtomobil seçiminə gəldikdə isə mütəxəssis alman və yapon brendini tövsiyə edir. Çünki həmin brendlərin ehtiyat hissələrini tapmaq da asandır:
“Azərbaycanda ən çox istifadə olunan avtomobillər hansılardırsa onları məsləhət görürük. Çünki avtomobilin xərci təkcə almaqla bitmir. Avtomobilin hansısa ehtiyat hissəsi zədələndikdə onu düzəltdirmək və ya dəyişmək lazımdır. Avtomobil qulluq tələb edir. Ona görə də, elə avtomobil seçməlisiniz ki, həmin brendin ehtiyat hissələri əlçatan olsun”.

Böyük, yoxsa kiçik ölçülü avtomobil?

Böyük, yoxsa kiçik ölçülü avtomobillə başlamaq daha əlverişlidir? – sualının cavabına gəlincə, A.Nəbiyev bildirdi: “Bəzən düşünürlər ki, kiçik avtomobillə başlasalar, böyük avtomobil sürə bilməyəcəklər və ya əksinə, sonra kiçik avtomobil alsalar, ona öyrəşə bilməyəcəklər. Əslində isə, hansı avtomobili seçməyin fərqi yoxdur, əsas öyrənmək lazımdır. Avtomobili sürməyi tam öyrəndikdən sonra başqa avtomobili öyrənmək çox da vaxt aparmır. Məsələn, mən təlim üçün ən böyük maşından istifadə edirəm. Çünki böyüyünü sürən, balacanı daha yaxşı sürər. Normalda biz əvvəlcə öz maşınımızda öyrədirik, sonra tələbənin avtomobilinə keçirik”. 

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin