Yeni nəsil "Camry"nin fotosu yayıldı
Yaponiyanın "Toyota" şirkəti rəsmi saytında "Camry" modelinin yeni nəslinin fotosunu dərc edib.
Valyuta.az xəbər verir ki, 9-cu nəsil avtomobilin premyerası noyabrın 14-də baş tutacaq.
Şəkildə lampanın, bamperin və baqaj qapağının hissələri göstərilir. Ad lövhəsinə əsasən, avtomobil tam ötürücülü sistem alacaq. Yeni məhsul haqqında çox az məlumat var. Məlumdur ki, model 2,4 litrlik mühərrik əsasında hibrid elektrik stansiyaları ilə istehsal olunacaq və artıq daxili yanma mühərrikli versiyaların istehsalı nəzərdə tutulmur.
Yeni "Toyota Camry" TNGA-K platformasında qurulub. Model V formalı ön LED optika, kütləvi bamper və böyük hava girişləri alacaq.
Qeyd edək ki, yeni "Toyota Camry" modelinin yığılmasına 2024-cü ilin birinci rübündə başlanmalıdır. Sedanın ənənəvi benzin versiyasının olmayacağı da artıq məlumdur: yalnız adi (HEV) və təkrar doldurulan hibridlər (PHEV) təklif ediləcək. Hazırda "Toyota Camry" sedanı Çində iki yanacaqlı və bir hibrid versiyada satılır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay